Ru
11:57 / 02 Oktyabr 2024

Ekspert: ABŞ Yaxın Şərqdə müharibənin qarşısını ala bilməyəcək

2172
"Birləşmiş Ştatlar həmişə Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün İsraili öz cavab tədbirlərini məhdudlaşdırmağa məcbur etməyə çalışırdı. Lakin İranın raket hücumundan sonra Vaşinqtonun yəhudi dövlətinin cavabını cilovlamasıa son dərəcə çətin olacaq".

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu amerikalı keçmiş kəşfiyyatçı Conatan Panikoff deyib.

“Birləşmiş Ştatların İsraili Qəzza və Livanda atəşi dayandırmağa məcbur etmək üçün artıq kifayət qədər diplomatik rıçaqları yoxdur”, - deyə ekspert The Wall Street Journal-a bildirib.

Nəşr hesab edir ki, İsrail İranın raket hücumlarına “qətiyyətlə cavab vermək” niyyətindədir. Ekspertin fikrincə, bu hadisələr fonunda “regional müharibədən qaçmaq vəzifəsi Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsinin başlandığı 7 oktyabrdan bəri özünün ən çətin mərhələsindədir”.

Nəşrin yazdığına görə, ABŞ prezidenti Co Bayden administrasiyası İsrailin cavabından asılı olmayaraq, Vaşinqtonun İran üçün “ciddi nəticələr” təmin edəcəyinə söz verib. Amerika rəsmiləri bu nəticələrinin dəqiq nədən ibarət olacağını hələ izah etməyiblər, lakin qəzetə müsahibə verən bəzi ekspertlərin fikrincə, ABŞ Tehrana qarşı sanksiyaları sərtləşdirə bilər.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar