Aqşin Yenisey
Tələbə vaxtı yataqxanada mişar daşından düzəltdiyimiz bir elektrik pilətəmiz var idi. Həm otağı isitmək, həm yemək bişirmək üçün.
Hər həftə spiralı yanır, yenisini alırdıq. Bu spiral qutularının üstündə həmişə lüt qız şəkilləri olurdu. O dövrün yataqxana tələbələri xatırlayar yəqin. Elektrik spiralı və qadın bədəni? Nə əlaqə? O vaxt məntiq bizə belə bir əlaqəni qurmağa imkan vermirdi.
Çünki kapitalist bazarın qadın bədənini istismar etmək üçün soyundurduğundan xəbərsiz idik. Yeni-yeni keçirdik bu sistemə.
Hətta bu gün də cəmiyyətimiz kapitalist sistemin ideologiyasından xəbərsizdir.
İnsan iki halda soyundurulur: Birincisi, acizləşdirmək üçün (dustaqlar, qullar və s.) (Mişel Fuko), ikinci, istismar üçün (Çul Xan)
Bu iki halın bir-biriylə də əlaqəsi var: istismar etmək üçün acizləşdirmək lazımdır, acizləşdirmək üçün soyundurmaq.
Bu gün bütün sekulyar dəyərlər istismar alətidir. Sülalələr, monarxiya, dini fundamentalizm insanı təpədən-dırnağa geyindirib istismar edirdi, liberal rejim soyundurub istismar edir.
Yəni "mənim azadlığım" dediyimiz şey illuziyadır. Bizim "azadlığımızın" məkanı haradır? Sosial şəbəkələr. Sosial şəbəkələr nəylə özünü qoruyur? Reklamla. Reklamın məqsədi nədir? Kütləvilik. Biz "azadlığımızı" harada nümayiş etdirik? Kütləvi mühitdə. Sosial şəbəkə alqoritmi bizi nə zaman kütləviləşdirir? Kütlənin tələbinə uyğun "azad olanda".
Day bundan da sadə izah mənim ağlıma gəlmədi.
Yenisey (uy qurcamı?) adlı şimala sakit axan nisbətən saf çay-selsiz var! Ondan heç olmazsa üç-beş neft (əvəzinə) borusu diametrində sakit-təmkinli saxlanmalı Xəzər gölünə gətirilsəydi, azacıqda olsa ekoloji və iqlim tarazlığı yaranardı? Nisbətən şüurlu və dərin-uzaq zəkalı saydığımız biz canlı-insanların ən çox sarsıtdığımız, hədsiz istismar etdiyimiz sakit dövr edən Yer kürəmizin sanki, sonluğu əksər sakinlərini hədsiz-sonsuz istismara CƏZB etməkdədir? Yüksək dəyərə çalışan Subyekt-insan, ya Obyekt-istehsalat, xidmət istifadə olunduqca mütləq-qaçılmaz qaydada ilk cəhddən sadələşir və sonra dəyərsizləşir!? TVdə kiminsə çimərlik görüntüsü milyonları qıcıqlandırır? Bəs, çimərlikdəki minlərin çılpaqlığına eyni-əks biganəlik? Nələrsə özəldir, nələrsə ümumi? Ailə özəl, Cəmiyyət-ölkə ümumxalq, ya dövləti? Hər uşaq dadını da bilmədən RELKAM ediləni nəinki istəyir, isterika ilə iddia edir! Özəl də adekvat sosial pay qaydası yox, hər iş, əşya hədsiz dəyərli və dəyərsiz belə iddia və tələb edilə bilir?