Ru
17:25 / 09 Yanvar 2024

Əliyevlərin mühafizəçisi ilk dəfə danışdı - İlham Əliyevlə futbol oynayırdıq... - VİDEO

25574
"Ağ çadır"ın növbəti qonağı polkovnik, 1976-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, ümummilli lider Heydər Əliyevin yaşadığı rezidensiyanın mühafizəçisi Asəf Səttarovdur.

İlk dəfə Bakupost.az -a müsahibə verən A.Səttərov Əliyevlər ailəsi ilə bağlı olduqca maraqlı məqamlara toxunub.

O, Heydər Əliyevin iş qrafiki, həyat tərzi ilə bağlı geniş danışıb. Bildirib ki, sağlamlığına xüsusi diqqət yetirən mərhum prezident hər gün səhərlər bir saatdan artıq gəzib və idmanla məşğul olub.


A.Səttarov hazırkı prezident İlham Əliyevin yeniyetməlik dövrü, həyat tərzi, onun idmana, xüsusən futbola marağı, xeyirxah bir gənc olması, Mehriban xanımla nişanlanması və evlənməsi barədə xatirələrini də danışıb.

Müsahibəsində Zərifə xanımın xeyirxahlığını xüsusi vurğulayan polkovnik, qeyd edib ki, evdə 3 köməkçi çalışsa da, yeməyi həmişə özü təqdim edirmiş. Heydər Əliyevi hər gün özü yola salır, arxasınca su atırmış. Zərifə xanım mühafizəçinin evləndiyini və kirayədə yaşadığını bilən kimi ona mənzil verdirib.

A.Səttərov Sevil Əliyevadan da bəhs edib, onun təvazökar insan olduğunu bildirib.

Müsahibimiz qeyd edib ki, o, həmin dövrdə ölkə rəhbərinin mühafizəsində olan ilk və yeganə azərbaycanlı olub. Sonralar məlum olub ki, atası Pedaqoji Məktəbdə Heydər Əliyevlə bir yerdə oxuyub. A.Səttarovun sözlərinə görə, Heydər Əliyev bunu yalnız 1994-cü ildə bilib və təəccüblənib.





Qeyd edk ki, Asəf Səttarov 1954-cü ildə Naxçıvan MR Ordubad rayonunda anadan olub. Polis Akademiyasını bitirib.

1976-cı ildə Azərbaycan SSR DİN-in Partiya-Sovet Orqanlarının Mühafizə İdarəsində milis nəfəri kimi xidmətə başlayıb. O, 1982-ci ilə qədər burada çalışıb.

90-cı illərdə Ordubad rayon Polis şöbəsində müxtəlif vəzifələrdə işləyib.

1994-2005-ci illərdə Ordubad RPŞ-nin rəisi olub.

2006-2008-ci illərdə Naxçıvan MR DİN-nin Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb.

Polis polkovnikidir. Müharibə və Polis veteranıdır.


Elnur
BakuPost
Şərhlər
  • Sadiq Əhmədov

    Asəf məllim sadiq dosdu ama qədri bilinmədi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər