Ru
19:36 / 25 Sentyabr 2026

Gənc motosikletçini küçənin ortasında döyüb xəstəxanalıq etdilər - ANBAAN VİDEO

Gənc motosikletçini küçənin ortasında döyüb xəstəxanalıq etdilər  - ANBAAN VİDEO
Eye

Antalyada motosiklet sürən gənc küçənin ortasında 3 nəfər tərəfindən təpik və yumruq zərbələri ilə döyülüb.

"Bakupost" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gəncin ara küçədən sürətlə qarşısına çıxan avtomobilə siqnal verməsindən sonra baş verib.

Belə ki, siqnal səsindən sonra avtomobil sürücüsü motosikletlə hərəkət edən B.D.-nin arxasınca sürətlə gəlib və onun qarşısını kəsib.

Sürücü əvvəlcə avtomildən düşmədən B.D. ilə sözlü mübahisə edib.

Bir neçə dəqiqə sonra isə yanına gələn iki nəfərlə birlikdə B.D.-yə hücum edərək onu döyməyə başlayıb.

Hadisə nəticəsində xəsarət alan B.D. xəstəxanaya yerləşdirilib. Döyülmə anları ətrafdakı şəxslərdən biri tərəfindən mobil telefonla lentə alınıb.

Lalə, BakuPost



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar