Ru
14:39 / 28 İyul 2022

Əməkdar jurnalistdən Baş Prokurorluğun qərarına etiraz: “İnzibati metodlarla olmaz...” - VİDEO

29311
Bu gün Mətbuat Şurasında media nümayəndələri ilə görüş keçirilib.


Bakupost.az xəbər verir ki, görüşdə sosial şəbəkələrdə orduya qarşı yanlış rəyin formalaşması məsələsi müzakirə edilib.


Müzakirələrdə çıxış edən "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu yanlış informasiya yayanların həbs olunmasının əleyhinə olduğunu vurğulayıb:


“Azərbaycan mediasının üzərinə çox böyük missiya düşür. Kənardan hər-hansı bir yolla Azərbaycana istiqamətlənmiş dezinformasiyanın qarşısı alınmalıdır. Bunu biz etməliyik. Sədd çəkərək, kimisə tutaraq, adamı cəzalandıraraq yox! Fəaliyyətimizi yeniləyərək, eynilə müharibə dövründəki kimi etməliyik. Bizim savaşımız hələ də davam edir. Azərbaycana qarşı informasiya müharibəsi hazırda ən müxtəlif platformalarda, xüsusən də rusdilli informasiya məkanında daha kəskin forma alıb.


Düşünürəm ki, Vətənə xəyanət məsələsi yoxdursa, inzibati metodların əleyhinəyəm. Biz xidməti qaydada bunları yazaraq, sənədləşdirərək, öz aramızda müzakirə edərək, Müdafiə Nazirliyinə, ölkə rəhbərliyinə məlumat verməliyik.


Həmkarlarımızın, bəzən nadinc, sözəbaxan olmasalar belə, cəzalandırılmasının qəti əleyhinəyəm”.


Daha ətraflı videomaterialda:






Xatırladaq ki, ötən gün Baş Prokurorluq bəzi sayt rəhbərlərinə xəbərdalıq edib.


Bildirilir ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb.


Belə ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.


Bundan başqa, feysbuk sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə hərbi bloqqer Tofiq Şahmuradov 1 ay müddətinə həbs olunub.









Elnur
BakuPost
Şərhlər
  • t.ədalət

    Ordunun qapılarını mətbuatın üzünə bağlamaq olmaz.Çünki ordu rəhbərliyində də xainlər,Rusiya işləyənlər var.Mətbuatdan çəkinmə olmasa,həmin casus şəbəkə orduya böyük ziyan verə bilər.Etiraf etməliyik ki,digər sahələrdə olduğu kimi orduda da talançılar və oğrular var.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər