Ru
10:12 / 30 Mart 2023

"Ən azı dörd-beş universitetimiz dünya reytinqində yer ala bilər" - Ekspert

"Ən azı dörd-beş universitetimiz dünya reytinqində yer ala bilər" - Ekspert
Eye

“Azərbaycan universitetlərinin dünyanın 100 nüfuzlu univeristeti siyahısına düşməsi arzu və hədəf ola bilər. Bunun üçün universitetlərdə hazırlıq aparılmalı, onlar bəlli parametrlərə cavab verməlidir. Azərbaycan ali təhsil müəssisələri dünya universitetlərinin reytinqində orta yerdə qərarlaşa bilsə, bu, bizim üçün uğur olar. Dünyada elə universitetlər var ki, orada 15 Nobel mükafatçısı, dünya səviyyəli alimlər çalışır. Həmin universitetlərin milyonlarla dollar büdcəsi var. Hətta elə universitetlər var ki, onların büdcəsi bizim dövlət büdcəmizdən dəfələrlə artıqdır. Onların top-100-də yer alması da normaldır. Ona görə də Azərbaycan ali təhsil müəssisələrini həmin universitetlərlə müqayisə etmək düzgün deyil”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.


O bildirib ki, bu gün Azərbaycanda universitetlərin dar profildə fəaliyyəti də reytinqdə irəliləməyə müəyyən qədər mane olur. Amma ali məktəblərdə birdən-birə müxtəlif fakültələrin yaradılması mümkün deyil:


"Biz də istərdik ki, Azərbaycan universitetləri dünyanın nüfuzlu universitetləri ilə bir pillədə olsunlar. Azərbaycanda yalnız bir universitetdə tibb təhsilinin verilməsi düzgün deyil. Amma bu o demək deyil ki, bütün universitetlərdə fərqli fakültələr yaratmaq səmərə verəcək. Məsələn, Texniki Universitetdə tibb üzrə mütəxəssis hazırlamaq mümkün deyil".

İ.Orucov bildirdi ki, gələcəkdə Azərbaycanda ən azı dörd-beş universitet dünya reytinqində yer ala bilər.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar