Münasibətlərdə romantik olmaq önəmlidir. Həmin insanlar partnyorlarına qarşı həmişə sadiq olur, onları sevdiklərini hər fürsətdə göstərirlər. Astrologiyada da romantikliyi ilə diqqət çəkən bürclər var.
Balıqlar - Həyatlarındakı insana qarşı çox həssas olurlar. Hər gün hədiyyə və çiçəklərlə qapınızı döyə bilər. Onlar hisslərə çox önəm verir. Mübahisə etməkdən qaçırlar.
Buğa - Sevmək və sevilmək üçün dünyaya gəliblər. Onlar eşqsiz yaşamaz və sevdiyi şəxsə qarşı hər zaman mərhəmətli olurlar. Buğa bürclərinin əlindən hər iş gəlir. Ona görə də partnyorları üçün etməyəcəkləri şey yoxdur.
Şir - Hər zaman fərqli və diqqət çəkici olurlar. Rahatlıq anlayışları münasibətlərinə də təsir edir. Partnyoruna olan sevgisini həmişə göstərirlər. Gözləri ondan başqasını görmür. Kiçik hədiyyələrlə qarşı tərəfi təəccübləndirməyi sevir.
Tərəzi - Partnyorlarına qarşı çox dözümlü və mülayim olurlar. Onların yanında özünüzü rahat hiss edə bilərsiniz. Partnyorunun hər halını sevər və bütün diqqətini ona yönəldər. Bu bürcün insanları çox əyləncəli və sosial olur. Onlarla birliktə olduğunuzda heç vaxt sıxılmazsınız. Yeni məkanlar kəşf etməyinizə kömək olurlar.
Aygün
BakuPost