Ru
23:33 / 12 İyun 2025

Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın Əhmədabad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Bakupost.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.

“Hindistanın Əhmədabad şəhərində baş verən təyyarə qəzasında həyatını itirənlərin ailələrinə, sevənlərinə Türk milləti adından başsağlığı çatdırıram, yaralı şəxslərə təcili şəfalar diləyirəm”, - deyə o bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar