Ru
18:56 / 01 Oktyabr 2022

Ərdoğanla Paşinyan Praqada görüşə bilər

Ərdoğanla Paşinyan Praqada görüşə bilər
Eye

"Cənubi Qafqazda Azərbaycanın Vətən müharibəsində zəfərindən sonra bölgədə daimi sülh üçün bir ümid yaranıb".



Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.



“Ortaya çıxan yeni vəziyyətin bölgədə qalıcı sülh və hüzurun təmin edilməsi üçün üzərimizə düşəni edirik. Təyin etdiyimiz xüsusi nümayəndələr vasitəsilə Ermənistanla münasibətləri yeni bir səviyyəyə daşıma iradəmizi ortaya qoyduq. Ermənistan ona təklif olunan sülh fürsətini yaxşı dəyərləndirməlidir”, - deyə Ərdoğan bildirib.



Türkiyə lideri Praqada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünün baş tuta biləcəyini qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar