Ru
17:39 / 18 Yanvar 2023

Erməni nazir Türkiyəyə gedir

Erməni nazir Türkiyəyə gedir
Eye

"Mən yenə də Antalya Diplomatik Forumunda iştirak edəcəyəm".

Bakupost.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Ermənistan parlamentinin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, o, Türkiyə Xarici İşlər Nazirliyindən dəvət alıb. Ona Antalyada keçiriləcək Diplomatik Forumda iştirak etmək təklif olunub.

“Çox güman ki, mən bu forumda iştirak edəcəyəm. Orqada görüş və müzakirələr təşkil olunacaq. Hesab edirəm ki, bu, həmə dialoqun davam etdirilməsi, inkişafı, həm də daha konkret substantiv nəticələrin əldə olunması üçün çox vacibdir”, - deyə Mirzoyan bildirib.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar