Ru
09:23 / 30 Dekabr 2021

Ermənilər Ağdamı atəşə tutdu - "Bakcell"in əməkdaşı yaralandı - YENİLƏNİB - FOTO

Ermənilər Ağdamı atəşə tutdu - "Bakcell"in əməkdaşı yaralandı -  YENİLƏNİB - FOTO
Eye

Erməni Silahlı Qüvvəlləri Ağdamda xidməti vəzifəsini icra edən "Bakcell" MMC-nin əməkdaşınına atəş açaraq yaralayıb.


Baş Prokurorluğun Mətbuat Xidmətindən Bakupost.az -a verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.


İlkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.


Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə istintaq davam edir.


***
07:11



Dünən gecə saatlarında erməni silahlı qruplaşmaları Ağdamda təxribat törədiblər. 


Bakupost.az xəbər verir ki, ərazidə quraşdırma işləri aparan "Azərcell" əməkdaşı yaralanıb.

Hadisə Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.

Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilir.

Azər
Bakupost


Ermənilər Ağdamı atəşə tutdu - "Bakcell"in əməkdaşı yaralandı -  YENİLƏNİB - FOTO
Ermənilər Ağdamı atəşə tutdu - "Bakcell"in əməkdaşı yaralandı -  YENİLƏNİB - FOTO
Ermənilər Ağdamı atəşə tutdu - "Bakcell"in əməkdaşı yaralandı -  YENİLƏNİB - FOTO
Şərhlər
  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Allah şəfa versin Anar Baksell işçisidir yoxsa Azersell

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar