Ru
16:44 / 11 Avqust 2022

Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidir - Larisa Alaverdyan

2625
Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələri və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılması ilə bağlı qarşısına dəqiq vəzifə qoyub və artıq bu əməliyyatı ardıcıl surətdə həyata keçirir.


Bakupost.az xəbər verir ki, bunu Ermənistanın “Məhkəmə özbaşınalığına qarşı” təşkilatının icraçı direktoru Larisa Alaverdyan PastinfoTV-nun efirində deyib.


“Azərbaycanlılar Ermənistanın demək olar ki, bütün bölgələrində yaşayırdı” deyən Larisa Alaverdyan mövcud geosiyasi vəziyyətin Bakının xeyrinə dəyişməsi ilə barışmaqdan başqa yol görmədiyini qeyd edib.


34 il əvvəl Zəngəzurda, xüsusən də Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdyan bildirib ki, şərait yaradılarsa, azərbaycanlılar buraya qayıda bilərlər: “Azərbaycanlıların gözlədiyi şərait artıq yaradılıb”.


Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı sualı cavablandıran Alaverdyan qeyd edib ki, onların Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa seçimləri yoxdur.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər