Ru
13:35 / 22 Aprel 2022

“Ermənilər Qazaxın və Naxçıvanın kəndlərini qaytarmasa, müharibə olacaq” - Ekspert

9160
“Sülh müqaviləsi imzalanandan sonra Qazaxın 7 kəndi ilə yanaşı, Naxçıvanın işğalda qalan Kərki kəndi də Azərbaycana qaytarılacaq”.


Bunu Bakupost.az -a hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov deyib.


Ü.Cəfərov bildirib ki, bu kəndlər qaytarılmasa, Azərbaycan güc amilindən istifadə edə bilər:




“2020-ci ilin 10 noyabr Azərbaycan-Ermənistan və Rusiya ilə üçtərəfli razılaşmasında Qazaxın 7 kəndinin boşaldılması məsələsi də var idi. Əlbəttə ki, bizim 7 kəndi kiməsə vermək fikrimiz yoxdur. Qazaxın kəndləri ilə yanaşı Naxçıvanın Kərki kəndi də qaytarılacaq.
Qazaxın 7 kəndinin qaytarılmasını Azərbaycan rəsmiləri də gündəmə gətirməli, mütəmadi olaraq səsləndirməlidirlər. Bu kəndlər qaytarılmayacağı təqdirdə Azərbaycan güc amilindən rahat istifadə edəcək”.


Ekspert Rusiyanın “Dağlıq Qarabağ” ifadəsindən istifadə etdiyinə də diqqət çəkib: “Azərbaycan Xarixi İşlər Nazirliyi və Müdafiə Nazirliyi dəfələrlə Rusiyaya xəbərdarlıq edib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ”adlı inzibati ərazi yoxdur. Lakin Rusiya XİN-i hələ də “Naqorno Karabax” ifadəsini işlədir. Azərbaycanın şəhərlərinin adlarını erməni adları ilə səsləndirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qardaş Türkiyə ilə münasibətləri daha da canlandırmalıdır. Biz artıq Azərbaycan əsgərinin ermənilərin təxribatı nəticəsində ölməsini istəmirik”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər