Ru
15:47 / 10 İyun 2024

“Ermənistan Rusiyanın yaralı yerindən yapışıb” - Açıqlama

“Ermənistan Rusiyanın yaralı yerindən yapışıb” - Açıqlama
Eye

“Rusiya Ukraynanın bir neçə şəhərində, xüsusilə də Buça şəhərində çox ağır soyqırım siyasəti aparıb”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan nümayəndə heyətinin Buça şəhərinə səfər etməsinə görə Rusiyanın bu ölkəyə nota verməsini şərh edərkən bildirib.

O, müharibədən sonra Rusiyanın beynəlxalq məhkəməyə veriləcəyini deyib:

“İnsanları uzun müddət ac-susuz saxlamaqla ölümə məhkum ediblər. Buça soyqırımı öz miqyasına, qurbanlarının sayının görə Xolokost və Xocalı qədər dəhşətlidir. Dünyanın soyqırımına dair materiallar yığan təşkilatları bunu təsdiqləyib. Bu soyqırımının bütün məqamları incələnib, lazım olan faktlar sübut kimi götürülüb. Müharibə bitdikdən sonra təkcə bu şəhərə görə Rusiyaya qarşı soyqırımı məhkəməsi təşkil ediləcək”.

Politoloq Ermənistan nümayəndə heyətinin Buça şəhərinə səfər etməklə Rusiyanın qəzəbinə tuş gəldiyini bildirib:

“Ermənistan Rusiyanın yaralı yerindən yapışıb. Əgər ermənilər ora gedirsə, deməli, soyqırımı hadisəsini daha bir dövlət tanımış olacaq. Ukraynanın ağır dərdinə daha bir dövlət şərik olur. Rusiyanı qıcıqlandıran da budur”.

Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar