Suriya ordusu Dera və Əs-Süveyda vilayətlərində mövqelərini gücləndirib. 
Bakupost.az xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin Ali Komandanlığının bəyanatında bildirilib.
 
Məlumata görə, bu qərar silahlı qruplaşmaların ordunun nəzarət-buraxılış məntəqələri və blokpostlarına hücumlarından sonra qəbul edilib. 
Müxalif qüvvələrin hücumlarının məqsədi Homs və Həma vilayətlərində nəzarəti bərpa etməyə başlayan hərbi hissələri yayındırmaq olub.
Lalə Novruz, BakuPost