Ru
11:13 / 12 Noyabr 2023

Ətrafa zibil atan şəxslər məsuliyyətə cəlb olundu - FOTO

Ətrafa zibil atan şəxslər məsuliyyətə cəlb olundu - FOTO
Eye

Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakupost.az -a verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.


Ərazinin zibillənməsi halları ilə bağlı 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar