Ru
15:41 / 12 Sentyabr 2022

"Əvəz Zeynallının həbsindən narahatıq" - Amaşov

"Əvəz Zeynallının həbsindən narahatıq" - Amaşov
Eye

"Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq".


Bakupost.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.


O deyib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq: "Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir”.


Əflatun Amaşov Əvəz Zeynallının azadlığına qovuşmasını arzu etdiklərini qeyd edib: “Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın”.



Şərhlər
  • t.ədalət

    Əvəz Zeynallının həbsi Azərbaycanda mətbuatın təqib olunması,azad sözün boğulmasını göstərən faktdır.Bütün jurnalistləri Mir Şahin kimi ələbaxan etmək olmaz!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar