Ru
09:04 / 22 Yanvar 2022

Evinin damında narkotik yetişdirirmiş

Evinin damında narkotik yetişdirirmiş
Eye

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bığır kənd sakini Azad Cəlilov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Azad Cəlilovun yaşadığı ünvana baxış keçirilən zaman isə oradan ümumi çəkisi 300 qrama yaxın qurudulmuş marixuana, eləcə də evin zirzəmisindən aqrotexniki qulluq göstərilmiş 16 ədəd çətənə bitkisi və 63 ədəd həmin narkotik tərkibli bitkinin şitilləri aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya göndərilib və faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar