Ru
15:10 / 21 Aprel 2022

Evtanaziya üçün yeni kapsul hazırlandı - İnsanı bihuş edib öldürür

4620
Evtanaziya yolunu seçmiş, həyatdan könüllü köçmək istəyənlərin arzusunu qanuni yolla gerçəkləşdirən ölkələrdən olan İsveçrədə yeni evtanaziya kapsulu hazırlanıb.


Bakupost.az xəbər verir ki, intihar kapsulu Sarco 3D printerdə hazırlanıb, İsveçrənin hüquqi ekspertizasından keçib.


Bu texnologiya evtanaziya üçün icazəsi olan xüsusi klinikalarda istifadə olunacaq.


Kapsulun ixtiraçısı Filipp Nitşke bildirib ki, kapsulu yalnız içəridən idarə etmək olar. Heç kim kənardan düyməni basa bilməz. Bu son ana qədər insanı ölüm fikrindən daşındırmaq üçündür.


Düymə basılan kimi kapsulun içinə azot qazı dolur, insan yüngül eyforiya vəziyyətinə düşür, sanki narkoz aldığını düşünür, hipoksiya vəziyyəti baş verir, nəticədə ölüm gerçəkləşir.


Kapsulda qəza lyükü və düyməsi də var.


Ekspertlər bildirib ki, aparat heç bir qanuna zidd deyil, evtanaziya üçün müraciət etmiş hər kəsin istifadə edə biləcəyi rahat metoddur.



Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər