Ru
22:49 / 28 Oktyabr 2021

"Facebook"un adı dəyişdi

"Facebook"un adı dəyişdi
Eye

"Facebook" şirkəti adını dəyişdirib.

Bakupost.az xəbər verir ki, bunu şirkətin rəhbəri Mark Zukerberq elan edib.

"Facebook" “metakainat" qurmağa olan diqqətini əks etdirmək üçün adını dəyişdirir", - Zukerberq deyib.

Məlumata görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən "metakainat" yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.

Xatırladaq ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zuckerberg tərəfindən yaradılıb. Bir müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi Ginnesin "Rekordlar" kitabına da düşüb.

Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir. Feysbuk messencer, vatsap və instaqram xidmətlərinə də sahibdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar