Ru
00:12 / 28 Mart 2026

SEPAH-dan regionla bağlı XƏBƏRDARLIQ: Bu obyektlərə...

SEPAH-dan regionla bağlı XƏBƏRDARLIQ: Bu obyektlərə...
Eye

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə əlaqəli sənaye müəssisələrinə zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.


Bakupost.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İran müəssisələrinə hücumlara cavab olaraq Yaxın Şərqdə ABŞ və İsrailin müttəfiqi olan ölkələrdə ağır sənaye obyektləri hədəfə alına bilər.

"İran müəssisələrinə hücumlardan çəkinmək barədə xəbərdarlıqlara baxmayaraq, ABŞ və İsrail bu gün bir neçə sənaye mərkəzinə zərbələr endirib", - deyə IRNA agentliyinin yaydığı açıqlamada qeyd olunub.

Açıqlamada regionda ABŞ kapitalı olan və İsraillə əlaqəli müəssisələrdə çalışan əməkdaşlara dərhal iş yerlərini tərk etmək çağırışı edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar