Ru
09:27 / 16 Sentyabr 2024

Fast-fud fanatı bloger 113 kq arıqladı

Fast-fud fanatı bloger 113 kq arıqladı
Eye

Sosial şəbəkələrdə Nikokado Avokado niki ilə tanınan bloger Nikolas Perri izləyicilərinin xətrinə 113 kq arıqlayıb.

Bakupost.az xəbər verir ki, mukbanq janrında populyarlaşan bloger kamera qarşısında canlı yayımlar açaraq aşırı qədər fast-fud yeyib və kökəlib.

2 il yoxa çıxan bloger yeni görüntüsü ilə video çəkib. Bu zaman ərzində arxiv videolarını montaj edərək paylaşıb.

Qeyd edək ki, 10 il əvvəl ilk videolarını çəkməyə başlayanda Perri 70 kq çəkidə idi. Daha sonra mukbanq sayəsində 170 kq-a çatıb.

Nikolas üzərində xüsusi eksperiment apararaq 120 kq arıqlayıb və o, indi başqa janrda çəkiləcəyini bildirib.

Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar