Ru
13:02 / 19 May 2023

Fərhad Əhmədov iş adamının pulunu niyə kəsib? - Açıqlama

Fərhad Əhmədov iş adamının pulunu niyə kəsib? - Açıqlama
Eye

Bir neçə gün əvvəl saytımızda "Havissos" MMC şirkətinin təsisçisi və direktoru Ruslan Hüseynovun milyarder Fərhad Əhmədovdan şikayətini dərc etmişdik.




O, qeyd etmişdi ki, rəhbərlik etdiyi "Havissos" MMC şirkəti müqavilə əsasında milyarderə məxsus yaşayış komplekslərində ventilyasiya, isitmə, soyutma və su təchizatı (VİSST) sistemlərinin montajı işlərini görüb.

Ruslan Hüseynov milyarderin bu işlər müqabilində "Havissos" MMC şirkətinə ödəniləcək vəsaitin bir hissəsini (90 min manat) ödəməkdən imtina etdiyindən şikayətlənmişdi.




Məsələ ilə bağlı milyarder Fərhad Əhmədovun mətbuat katibi Müşfiq Əlizahid Bakupost.az -a açıqlama verib.


O bildirib ki, "Havissos" MMC şirkətinin gördüyü işlərdə ciddi çatışmazlıqlar aşkarlanıb:

“Həmin şirkət Fərhad Əhmədovun 4 obyektində müqavilə əsasında işlər görüb. Obyektlərin ikisi Bakıda, biri Göyçayda, digəri isə İsmayıllı rayonundadır. "Havissos" MMC-yə bu obyektlərdə istilik, havalandırma sisteminin təmin olunması üçün müraciət edilib. Şirkətin gördüyü işlərdə böyük çatışmazlıqlar var. Müqavilə əsasında təyin olunmuş məbləğin 90 faizi ödənilib. 10 faizi isə iş tam təhvil verilmədiyi üçün prosedur qaydalarına uyğun olaraq saxlanılıb. Bütün müqavilələri detallı şəkildə təqdim edə bilərəm. Dəfələrlə çatışmazlıqlarla, onların aradan qaldırılması ilə bağlı şirkətə mürciət olunub. Amma onlar gəlib çatışmazlıqları aradan qaldırmayıb. Bu çatışmazlıqları aradan qaldırmaq üçün başqa bir şirkətə şikayətçinin iddia etdiyi məbləğin iki qatını ödəməyə məcbur olduq. "Havissos" MMC-nin gördüyü işlərdə aşkar olunan çatışmazlıqların videogörüntüləri də var”.


M.Əlizahid bu cür məsələlərdə əvəlcə məhkəməyə müraciət edilməli olduğunu qeyd edib. Bu məsələnin mətbuata çıxarılmasında məqsədin isə Fərhad Əhmədovun adını hallandırmaq olduğunu vurğuılayıb:


“Biz çəkdiyimiz ziyana görə iddia qaldırıb pul tələb edə bilərik. Lakin bunu etmirik. Mentalitet məsələsi var, ayıbdır. Şirkətlər belə mübahisə olduqda ilk növbədə məhkəməyə müraciət edir. Haqlıdırsa, məhkəməni qazanır. Məhkəmə qərarından sonra qarşı tərəf pulu ödəmirsə, o zaman mediaya müraciət edir. Amma haqsız olan şirkətlər əvvəlcə media və sosial şəbəkələr vasitəsilə təsir etməyə çalışırlar. Media bu məsələni necə həll etsin? Onların bu cəhdi Fərhad Əhmədova qara yaxmaqdan başqa bir şey deyil. Lakin Fərhad Əhmədov bu şantajlardan qorxan deyil. Çünki bu cür hadisələr illərdir baş verir. Hər ölkədə belə iqtisadi mübahisələr olur. Bunun həll yolu məhkəmədir. Özlərini haqlı bilirlərsə, məhkəməyə müraciət etmələrini tövsiyə edirik”.

Aynur İbrahim
BakuPost


Şərhlər
  • Nəriman Qarayev

    Bizim razılığımızla bizim mənimsənilmiş pulun bir hissəsini qazi övladına yardım adı ilə verib öz adına yazdıran məxluq reputasiyasının korlanmağından qorxmayandır. Bu cür insanlar ən təhlükəli varlıqlardır. Fərhad Əhmədovu müdafiə edən hər kəs elə onun tayıdır!!!

  • Nəriman Qarayev

    Ay Müşfiq, olmur e olmur. Vallah yaraşmır. Adam 3 ildir işin təhvil-təslim üçün döymədiyi qapı qalmayıb, niyə təhvil almırsınız? Nə oldu elə Fərhadla işləyənlərin hamısı pis oldu? Adamda səs yazıları var, əlində yazışmalar var, deyirsiniz yəni açsın sandığı töksün pambığı? Fərhad başını salıb kolluğa ətrafda baş verənlərdən xəbəri yoxdur. Deyim biləsən, bir gün də siz o tora düşəcəksiniz və o gün sizin harayınıza heç kim səs verməyəcək. Elə Nail də, eləcə Bəylər də, Zahid də, Asif də və həmçinin digərləri də. 3 qəpik pula mənliyini satanlar sabah ölkəsini də satar dövlətini də, millətini də.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar