Ru
18:47 / 21 İyul 2025

Rusiya jurnalistlərə kütləvi şəkildə cinayət işi açır

Rusiya jurnalistlərə kütləvi şəkildə cinayət işi açır
Eye

"Dojd" telekanalının jurnalisti Anna Monqayt barəsində Rusiya Silahlı Qüvvələri barədə saxta məlumatların yayılması maddəsi ilə cinayət işi başlanıb.

Bakupost.az xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, Monqayt barəsində cinayət işi iyulun 18-də qaldırılıb. Səbəb isə onun Teleqram kanalında Odessaya zərbələrlə bağlı 2022-ci ilin aprelində və 2023-cü ilin iyulunda paylaşdığı postlar olub. Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinə əsasən, Monqaytı 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Məlumata görə, jurnalist hazırda Rusiyada deyil.

İyulun 18-də Rusiya İstintaq Komitəsi "Dojd" telekanalının daha üç jurnalisti – Yekaterina Kotrikadze, Valeriya Ratnikova və Tixon Dzyadko* barəsində də Rusiya Federasiyası Silahlı Qüvvələri barədə saxta məlumat yaymaq və xarici agent kimi qeydiyyat öhdəliklərindən yayınmaq maddələri ilə cinayət işlərinin başlandığını bildirib.


Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar