Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, 100 nəfərdən çox insan xəsarət alıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.
Hadisənin səbəbi açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.