Ru
19:36 / 21 İyul 2025

İran rəsmisi: BMT TŞ-nın bu addımı müharibə elanına bərabərdir

İran rəsmisi: BMT TŞ-nın bu addımı müharibə elanına bərabərdir
Eye

Tehran Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan "snapback" mexanizmini işə salmaq cəhdlərini İran ilə münaqişəyə girmək kimi qiymətləndirəcək.

Bakupost.az xəbər verir ki, bu barədə İran Məclisinin (parlament) Xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədr müavini Abbas Möqtədai bildirib.

"Biz avropalılara İranla münasibətlərinin gələcəyi haqqında diqqətlə düşünməyi məsləhət görürük... Avropa ölkələrinin "snapback" mexanizmindən istifadə etmək istəyi hərbi hücuma bərabərdir", - deyə Möqtədai qeyd edib.

Deputat vurğulayıb ki, bu mexanizmin işə salınması o halda mümkündür ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bütün iştirakçıları onun şərtlərinə əməl etsinlər. Möqtədai, həmçinin bildirib ki, ABŞ öz növbəsində sazişdən çıxıb, avropalılar isə İrana qarşı düşmənçilik siyasəti yürüdürlər. O əlavə edib ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasının əleyhinədir.

İran parlamentarisi xəbərdarlıq edib ki, "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ölkəyə təzyiq göstərməyə çalışsalar, Tehran buna geniş spektrli əks tədbirlərlə cavab verəcək.

"Biz onlar üçün bölgədə problemlər yarada, hərbi, iqtisadi, siyasi və hətta mədəni vasitələrlə cavab verə bilərik", - deyə Möqtədai izah edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar