Ru
23:42 / 21 İyul 2025

Əliyevin bu sözündən sonra Rusiya ilə vəziyyət dəyişdi - Kabanov

Əliyevin bu sözündən sonra Rusiya ilə vəziyyət dəyişdi - Kabanov
Eye

Bakı nəhayət ki, Moskvanın etibarlı müttəfiqi statusunu itirib.

Bakupost.az xəbər verir ki. bu sözləri Rusiya Milli Antikorrupsiya Komitəsi İctimai Təşkilatının sədri Kirill Kabanov deyib.

Kabanov öz Teleqram kanalında xatırladıb ki, Azərbaycan son aylarda diplomatik hücumlardan tutmuş Rusiyanın “Sputnik” agentliyinin Bakıdakı ofisinə hücuma qədər, bir sıra “düşməncəsinə addımlar” atıb.

Kabanovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda açıq şəkildə antirusiya ritorikasını nümayiş etdirdiyi və “Rusiyanın düşmənlərinə” dəstək verdiyi çıxışından sonra vəziyyət yeni həddə çatıb.

"Bu ölkə və onun rəhbərliyi açıq şəkildə düşmənlərimizi dəstəkləyir, antirusiya mövqeyi tutur və əsasən London və Ankaranın nəzarətində olan antirusiya sisteminin bir hissəsidir", - Kabanov vurğulayıb.

O, həmçinin Azərbaycanla bütün maliyyə və iqtisadi əlaqələrin dərhal nəzərdən keçirilməsinə, Azərbaycanın biznes strukturlarının və icmasının Rusiyadakı təsirinin məhdudlaşdırılmasına və “əbədi dostluq illüziyalarından” imtina etməyə çağırıb.

“Sevgi keçdi, Azərbaycan pomidorları qurudu... və biz ayrı-ayrı yollarla getdik”, - deyə Kabanov yekunlaşdırıb.

Qeyd edək ki, İlham Əliyev 19 iyulda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavab olaraq “Heç vaxt işğalla barışmayın” deyə məsləhət vermişdi.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar