Ru
22:08 / 21 İyul 2025

Qonşumuzda dollar kəskin bahalaşdı, milli kimlik önə çıxdı...

Qonşumuzda dollar kəskin bahalaşdı, milli kimlik önə çıxdı...
Eye

İran valyutası hər ötən gün dəyər itirir. Artıq bir ABŞ dolları 1.2 milyon riala çatıb. İnflyasiya və işsizlik tuğyan edir. İşsizlik gənclər arasında daha yüksəkdir. Dünyanın neft və qazla ən zəngin üçüncü ölkəsi olan İran tarixinin ən dərin sosial-iqtisadi böhranını keçirir.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli mövzuya həsr etdiyin geniş məqaləsində qeyd edib.

O bildirib ki, İran cəmiyyətinin bütövlüyünü təmin edən dini kimlik dağılıb:

“İran rəsmiləri ölkə əhalisinin 99.5 faizinin müsəlman olduğunu toplumun bütövülüyünün əsas dəlili kimi göstərsələr də, hər kəs anlayır ki, bu çoxluq yalnız kağız üzərində mövcuddur. Dağılan dini kimliyin yerini isə sürətlə yüksələn milli kimlik tutur. Son prezident seçkilərinin nəticələri də göstərdi ki, milli kimlik dini kimlikdən önə çıxıb. Azərbaycanda və türk ailəsində dünyaya gəldiyini bəyan edən Məsud Pezeşkian Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində seçicilərin 75 faizindən çoxunun səsini qazanmışdı. Seçkilərin birinci turunda Məsud Pezeşkian Şah İsmayılın doğulduğu Ərdəbildə 382 600 seçicinin səsini aldığı halda, onun əsas rəqibi Səid Cəlili cəmi 72 800, Məhəmmədbaqir Qalibaf isə 36 300 səs almışdı. Milli kimliyin dini kimlikdən önə çıxdığını görən teokratik rejim qələbəsində maraqlı olduğu Səid Cəlilinin anasının dövlət televiziyasında çıxış edərək türk və Ərdəbil doğumlu olduğunu söyləməsini təşkil etməyə məcbur olmuşdu.

Cəmiyyətin bütövlüyünü təmin edən ümumi kimliyin dağılması, milli kimliklərin önə çıxamağa başlaması etnik və milli zəmində gərginliklərə də yol açır. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində yaşayan bir qrup kürdün bu ilin martın 18-də Novruz şənlikləri zamanı Urmiya ilə bağlı iddiaları Azərbaycan türklərinin qəzəbinə səbəb olmuşdu. Bu gərginlik bu gün də qalmaqdadır. Suriya, İraq və Türkiyədə gedən proseslər İrana da ciddi təsir edərək milli münasibətləri yeni mərhələyə keçirir.

Bütün bu qeyd olunan və burada yer almayan məqamlar İranın böyük bir dəyişiklik ərəfəsində olduğunu göstərir. Aydın görünür ki, teokarik rejim son günlərini yaşayır. İranın 180 nəfər ictimai-siyasi xadimin Prezident Məsud Pezeşkiana müraciət ünvanlayaraq xarici və daxiki siyasətdə, idarəetmədə köklü dəyişikliklərə çağırması da bunun təsdiqidir”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar