Ru
14:50 / 06 Dekabr 2025

Türkiyədə 4 uşaqlı ailələrə növbəsiz ev veriləcək

Türkiyədə 4 uşaqlı ailələrə növbəsiz ev veriləcək
Eye

Qaziantep Böyükşəhər Bələdiyyəsi çoxuşaqlı ailələrə dəstək proqramı elan edib.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə bələdiyyə sədri Fatma Şahin bildirib. O deyib ki, 4 və daha çox uşağı olan, lakin hələ evi olmayan ailələrə püşkatma olmadan ev veriləcək.

Bələdiyyə sədrinin sözlərinə görə, “Şimal Şəhər” və “Cənub Şəhər” layihələrinə müraciətlər əsasında seçilən ailələrə evlər birbaşa təhvil veriləcək.

Proqram çərçivəsində Ailə İli boyunca dəstək tədbirləri davam edəcək.

Ailənin Qaziantep şəhərində ən az 1 il yaşaması, 4 uşağa sahib olması, uşaqların eyni ünvanda yaşaması, müraciət edən şəxs və həyat yoldaşının üzərinə heç bir mənzil qeydiyyatının olmaması əsas şərtlərdir.

Bu proqram xüsusilə çoxuşaqlı, lakin azgəlirli ailələr üçün nəzərdə tutulub.

Layihələrdəki evlərin sayı haqqında əlavə məlumat yoxdur.


Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar