Ru
16:57 / 06 Dekabr 2025

Almaniya Trampın bu planını dəstəklədi

Almaniya Trampın bu planını dəstəklədi
Eye

Almaniya Kansleri Fridrix Merts bu gün İsrailə səfəri ərəfəsində Fələstin Prezidenti Mahmud Abbasla telefonda danışıb.

Bakupost.az xəbər verir ki, söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Almaniya hökumətinin rəsmi təmsilçisi Ştefan Kornelius jurnalistlərə bildirib ki, müzakirə dostluq şəraitində keçib.

"Kansler ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planını dəstəklədiyini deyib və Fələstin Milli Administrasiyasının (FMA) bu məsələ ilə bağlı konstruktiv mövqeyini alqışlayıb", - Nazirlər Kabinetinin rəsmisi qeyd edib.

F.Mertsin fikrincə, FMA dərhal zəruri islahatlara başlamalıdır. Kansler hesab edir ki, bu islahatlar uğurla nəticələnərsə, FMA müharibədən sonrakı quruculuq dövründə konstruktiv rol oynaya bilər:

"Məqsəd məsələnin həllinə "iki dövlət prinsipi" əsasında nal olmaqdır. Belə perspektiv israillilər və fələstinlilər üçün uzunmüddətli sülhü və təhlükəsizliyi təmin edə bilər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar