Ru
22:49 / 29 May 2025

Fərid universitetə bıçaqla gəlib: Hadisənin təfərrüatı bilindi - Video

Fərid universitetə bıçaqla gəlib: Hadisənin təfərrüatı bilindi - Video
Eye

Mayın 29-da Xəzər Universitetində tələbələr arasında qeydə alınan bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Bakupost.az xəbər verir ki, hadisə universitetin 3-cü kurs tələbələri - 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib.

Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib.


Mayın 29-da Fərid Əliyev universitetə gələrək, Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib:

"Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində oxuyurlar. İlk dəfədir eşidirəm ki, aralarında mübahisə olub. Əgər bu barədə məlumatımız olsaydı, valideynlərini xəbərdar edərdik. Universitetdə bütün tələbələr yoxlanılır, bıçağın necə keçirildiyini deyə bilmərik".

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub və əməli törətməkdə şübhəli bilinən Fərid Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:


Şərhlər
  • B.Kolxozdar

    *Mühəndislik*, *müəllimlik* adlı ixtisas yoxdur, qəti-konkrret hansısa sahə üzrə Peşə yönümünü bildirir. Ümumən belə yönüm-yorum istiqamətləri əsrlə öncəki yalnız dini təriqət-etiqad dövlərinin qeyri-müəyyən, əslində yalnız mütiliyə-öyünmək tərbiyə-tədrislərinə aiddir. Gözəlləşdirən kosmetoloqlar iynə vuran həkim də yox, illərlə Cərrahlıq təhsil və təcrübəsi alıb, insanlara ehtiyatla-hümanizm münasibətindən əməliyyat etmədiyi halda, *silib-süpürüb* *gözəllik Sürtgəcləri* Rəssam və savadlı-təcrübəli Cərrah, ən azı tibb Bacıları, Feldşer qəssab kimi dırnaqların dibindən minlərlə ən insə müxtəlif hissiyyatlı sinir-şirə, dad-danışıq telləri olan dodaq, burun da daxil bədənin hər yerinə müdaxilə təcavüz etməkdədirlər? Müdaxiləyə icazəni özləri yox, onların biznes maraqlarına (məncə, keçdikləri tədris-təcrübəyə nəinki uyğun, heç yaxın belə olmayan, əslində Kosmetoloqa, Bərbərə... əlavə kəskin-uyğunsuz Həkim (Cərrah!) Sertifikatlarının verilməsi deyilmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar