ABŞ Federal Ehtiyat Sisteminin (FES) əsas inflyasiya göstəricisi kimi qəbul etdiyi baza PCE indeksi aylıq müqayisədə 0,3% artıb. Beləliklə, göstərici ardıcıl üçüncü aydır eyni templə yüksəlir.
“Bakupost” xəbər verir ki, ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan indeks illik müqayisədə 3,3% artıb. Bu, 2023-cü ildən bəri ən yüksək göstəricidir. Proqnoz 3,2% artım idi. Əvvəlki ayda isə illik artım 3,1% təşkil etmişdi.
İnflyasiyanın yüksək qalması FES-in gələn ay faiz dərəcələrini artırması ehtimalını gücləndirir.
Digər hesabatda ABŞ iqtisadiyyatının üçüncü rübdə illik 4,3% böyüdüyü açıqlanıb. Bu, son üç ilin ən yüksək artımıdır. Artımda biznes investisiyaları və istehlak xərclərinin yüksəlməsi rol oynayıb.
Vüsalə Hüseynova,
BakuPost