Ru
10:35 / 21 Sentyabr 2025

Formula 2-də qalmaqal: Bakıda sürücülərə şok cəza

Formula 2-də qalmaqal: Bakıda sürücülərə şok cəza
Eye

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.

Bakupost.az xəbər verir ki, bu barədə "Formula 2"nin rəsmi saytı məlumat yayıb.

"Trident" komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.

Digər sürücü Kuş Maini ("Dams Lukas Oil") isə Amauri Kordellə ("Rodin Motorsport") toqquşmaya görə məsuliyyətli bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, "Formula 2"də əsas yarışa bu gün saat 11:00-da start veriləcək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar