Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi müəyyənləşib.
Bakupost.az xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yürüşün qalibi DAMS komandasının pilotu Cek Krouford olub.
"AIX Rasinq"dən Coşua Dürksen ikinci, "İnvikta"dan Leonardo Fornaroli isə üçüncü olub.
Bu gün, həmçinin saat 15:00-da Formula 1-in əsas yarış keçiriləcək.
11:44
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışında qəza baş verib.
Bakupost.az xəbər verir ki, yürüşün 5-ci dövrəsində "Trident" komandasının pilotu Martinius Stenşorn baryerə çırpılıb.
Bununla da trasa təhlükəsizlik maşınları daxil olub.
Stenşorn yarışı erkən bitirib.
11:02
Bakıda Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.