Ru
09:48 / 20 Sentyabr 2022

Fransadan ermənilərin səfirliyimizə hücumu ilə bağlı AÇIQLAMA

Fransadan ermənilərin səfirliyimizə hücumu ilə bağlı AÇIQLAMA
Eye

“Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.


Bakupost.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.


Nazirlikdən qeyd olunub ki, Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb: “Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”.


Xatırladaq ki, sentyabrın 18-də Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.


Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Eyni zamanda rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar