Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:17 / 11 Noyabr 2024

Fransız siyasətçi: "Azərbaycan haqlı idi, Makron səhv etdi" - VİDEO

2388
"Azərbaycan Qarabağı işğal etmədi, onu geri qaytardı".

Bakupost.az xəbər verir ki, bunu Fransanın keçmiş dövlət katibi, keçmiş ətraf mühit naziri, BMT-nin Davamlı İnkişaf Konfransının icraçı koordinatoru Bris Lalonde dəfələrlə ölkəmizi mənfi obrazda göstərməyə çalışan “France 24” telekanalının efirində deyib.

COP29-un Bakıda keçirilməsini, Fransa ilə Azərbaycan arasında münasibətlərin pisləşməsini və Cənubi Qafqazdakı vəziyyəti şərh edən Lalonde vurğulayıb ki, Makron fikir ayrılıqlarına baxmayaraq, bu tədbirdə iştirak etməli idi:

“Bəli, bizim Ermənistanla əla münasibətlərimiz var. Amma bu, o demək deyil ki, Erməınistan haqlı idi. 1990-cı ildə Ermənistan Qarabağı işğal edib. Ancaq nədənsə hamı bunu unudub və düşünür ki, Azərbaycan Qarabağı işğal edib. Xeyr, Azərbaycan sadəcə olaraq, onu geri qaytardı. Beynəlxalq qanunlara görə, onların bunu etmək hüququ var idi”, - deyə eks-nazir qeyd edib.

Onun sözlərinə görə, bir çox fransız siyasətçiləri bu məsələdə yaddaş itkisi müşahidə olunur, ancaq onlar diqqətli olmalıdırlar.

"Azərbaycan haqqında nə deyilməyindən asılı olmayaraq, mən hesab edirəm ki, bu, gözəl ölkədir, onlar öz işlərini görür, COP-u yüksək səviyyədə keçirirlər. Biz onlara tədbirin daha da uğurlu keçməsinə kömək etməliyik", - Lalonde deyib.

Aparıcı Fransa prezidentinin davranışına haqq qazandırmağa çalışaraq, Trampın iqlim məsələlərinə şübhə ilə yanaşdığını əsas gətirib və deyib ki, “buna görə Makron orada iştirakını mənasız hesab edir”. Ancaq eks-nazir vurğulayıb ki, bu, fransızların bir siyasətçidən gözlədiyi davranış deyil.

"Lider israrlı olmalı və öz yolundan dönməməlidir. Əgər əvvəllər onun mövqeyi belə idisə, o, iqlim problemləri üzərində işləməyə davam etməli idi", - deyə Lalonde fikrini yekunlaşdırıb.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar