Ru
11:28 / 02 Avqust 2022

Füzulidə şirkət işçiləri MİNAYA DÜŞDÜ

Füzulidə şirkət işçiləri MİNAYA DÜŞDÜ
Eye

Avqustun 2-si saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Füzuli Rayon Prokurorluğundan Bakupost.az -a bildirilib ki,1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar