Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin 450 manatdan yüksək olacağı proqnozlaşdırılır.
Bakupost.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, gələn il pensiyaların orta göstəricisinin ciddi şəkildə artımı, ümumilikdə pensiyanın orta aylıq həddinin 400 manatdan yüksək olması proqnozlaşdırılır.
S.Babayev əlavə edib ki, ölkədə əməkhaqqının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir. “Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir”, - deyə nazir əlavə edib.
65 yaşa çatmayıb vəfat edən insanların uzun illər ödədikləri ö Pensiya Kapitalları da biz 68 yaşlı çoxstajlı və çoxkapitallı xəstə qocaların 1970- 2006 + 2018 - 2022 illərə kimi təqribən yarım əsrə yaxın illərdə hər birimizin ümumilikdə DÖVLƏT İCTİMAİ SIQORTA VƏ DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDLARINA ÖDƏDİYİMİZ MİLYON MANATDAN ÇOX İNDİYƏDƏK İNDEKSLƏŞDİRİLMƏDƏN BATDIQI 4,4%,37%, 35%, 26 % ayırma və tutulmalar kimi batır, daha doqrusu DSMF- nin xalis mənfəətini çevrilir. Biz xəstə qocalar isə 276 manat tək kommunal xərclərdən başqa heç nəyə çatmayan təminatsız pensiya ilə bahalı kalorili qıdaları 15 - 23 çanatlıq ət və kərə yaqı, yaqlı pendir, qaymaq, bal pomidor, balıq, kürü, toyuq, meyvə tərəvəzləri, adi çörəyi, gündəlik tələbat ləzazimat və avadanlıqlarını, 24 günlüyü 2400 manata qalxmış.ildə 1 ədəd sanatoriya müalicə putyovkasını, bahalı dərmanları, damcılayan evimizin təmir materiallarını, kubu 450 - 500 manatlıq taxtanı, ədədi 30 manata dam örtüyü dəmirini ala və eyni zamanda kommunal xərcləri də həmin 276 manatla ödəyə bilmədiyimizə görə soyuq şaxtalı Qubada çətinliklərlə, yardımsız baxımsız qalmışıq. Xshiş edirik ölkənin kasıb dövründə müəyyən olunan 1 94 manat 35 ilin hər 1 il əmək stajına görə 2006 ilə kimi olan koofisent azı 20 - 25 dəfə artırılsın ki, biz qocalar da cənab nazir Sahil Babayevi, DSMF rəhbərliyini və b. Xalqın ahılları üçün çalışanları hər yerdə ALQIŞLAYAQ.