Ru
23:03 / 15 Aprel 2024

Gəncə sakini itkin düşdü - FOTO

1196
Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.

İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında “Vito” markalı mikroavtobusdan düşüb və ondan xəbər alınmayıb.

Yaxınlarının sözlərinə görə, dünən bir müddət telefonuna zəng çatsa da, sonradan əlaqə yaratmaq mümkün olmayıb. Həsənovun üzərində cinsi şalvar, boz köynək, başında kepka olub.

Onu görənlərdən 055 764 90 51 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər