Ru
21:42 / 08 Dekabr 2022

Gəncədə minik maşını çörək sexinə çırpıldı - FOTO

Gəncədə minik maşını çörək sexinə çırpıldı - FOTO
Eye

Gəncədə yol qəzası olub.


APA-nın məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.


Hərəkətdə olan VAZ-2107 markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.


Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.


Faktla bağlı araşdırma aparılır.

Gəncədə minik maşını çörək sexinə çırpıldı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar