Ru
23:54 / 28 Mart 2024

Gəncədə yaşayış binasında yanğın: XƏSARƏT ALAN VAR - YENİLƏNDİ

Gəncədə yaşayış binasında yanğın: XƏSARƏT ALAN VAR - YENİLƏNDİ
Eye

Gəncədə yaşayış binasında yanğın söndürülüb.

Bakupost.az xəbər verir ki, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub.

Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

23:25


Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən yaşayış binalarından birində yanğın qeydə alınıb.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hadisə səbəbindən bina sakinləri təxliyə edilib.

Yanğın yayılmasının qarşısı alınıb, hazırda söndürmə işləri aparılır.

Fakt araşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar