Ru
20:25 / 15 Aprel 2024

"Gənclərin 90 faizi boşanmanı gözə alaraq evlənir" - Psixoloq

2652
“Boşanmaların səbəbini əgər axtarsaq, müxtəlif amillərdən dnaışa bilərik. Bunlardan biri də boşanmanın artıq rahat olmasıdır”.




Bunu Bakupost.az -a açıqlamasında psixoloq Zeynəb Əyyubova boşanmalarən artması haqda danışarkən deyib.


Onun sözlərinə görə, əvvəllər ağsaqqallar bu cür halların qarşısını alırdı:

“Ölkəmizdə boşanma çox rahat və əlçatan prosesdir. Əvvəllər ağsaqqallar var idi, ailələri boşanmağa qoymurdu, amma indi onlar özləri "boşanın" deyir. İkinci bir məsələ odur ki, əvvəllər boşanan cütlüklər ictimai qınaqla üzləşirdi, özünü çox pis hiss edirdi. Amma indi boşanan insanlar daha çox həyat eşqi, uğur, nailiyyət əldə edirlər və bu da bir növ tendensiyasını artırır. Növbəti səbəb isə kişilərin məsuliyyətsizliyi, ailəcanlı olmamağıdır. Bu, ailələrin dağılmasına gətirib çıxarır. Qadınların öz ailələrini başqa ailələrlə müqayisə etmələri və sosial şəbəkələrdə gördüyü cütlüklərin həyatını real başa düşüb və onlar kimi yaşamaq istəyi və s. də boşanmalara səbəb olur. Ən əsası bu gün gənclərin 90 faizi boşanmanı gözə alaraq evlənir”.




Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov isə boşanmalara səbəb kimi sosial durumu əsas gətirib. Onun sözlərinə görə, kişi bəzən təkbaşına ailənin yükünü çəkə bilmir və evdə narazılıqlar başlayır. R.Mahmudov yaxın qohumların ailələrə etdiyi müdaxilələrin də boşanmaya səbəb olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nigah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər