Ru
14:20 / 11 Mart 2024

Gömrük Komitəsinin 8 mart videoçarxı: "Kişilər üçün də hazırlansın!"

10041
Yəqin ki, əksəriyyətimiz içərisi adrenalin dolu evlilik təkliflərindən, ad günlərində, toy mərasimlərində edilən, ağla gəlməyən, hamının şok keçirdiyi, amma sonunda hər kəsin bəyəndiyi videolarla rastlaşmışıq.
Məsələn, oğlanla qızın restoranda çay içdikləri yerdə oraya əynində polis forması geyinmiş şəxslərin basqını, əlləri qandallandıqdan sonra edilən mükəmməl evlilik təklifi....

Burada heç kim qızın haqlarının pozulduğundan söhbət açmır, hətta qızın özü belə prosesi çox bəyənir. Sizcə də elə deyilmi?!

Gömrük Komitəsinin Qadınlar bayramı mübasibəti ilə əlaqədar hazırladığı videoçarxı gördüyümdə şablonlarımızı qırıb atdığımıza, yeniliklərə, yeni ideyalara açıq olduğumuza xeyli sevindim. Ən azından fərqli nəsə düşünülüb. Və əsas odur ki, düşünülüb.

Düşünürəm ki, hansısa yenilik uğrunda ən əsası addım atmaqdır. Özümüzü "Camaat nə deyər" düşüncəsinə həbs etsək, heç bir nailiyyətdən, inkişafdan söhbət aça bilmərik.

Xatirimdədir, Gömrük Komitəsində əməkdaşlar arasında narkotest keçirəndə də müxtəlif cür qınama, lağ etmə və digər təsir mexanizmləriylə yetəri qədər üzləşmişdik.

Hətta təəssüf hissi ilə bildirirəm, şahidi olurdum ki, bəziləri öz savadına, biliyinə yaraşmayan tərzdə qərəzli paylaşımlar edirdilər. Halbuki, bu gözəl bir yenilik idi. Yeniliklərdən isə qorxmaq gərəkmir.

Amerkanlarda belə bir ifadə var : " İf your dreams don't scare you they aren't big enough". Əgər düşüncələriniz, arzularınız sizi qorxutmursa, deməli onlar yetəri qədər böyük deyillər.



Anadan ol, məktəb oxu, universitetə qəbul ol, işlə, sonunda yaşlan və dünyadan köç....

Əksəriyyətimizin etdiyi bu deyilmi?

Yenilikçi insanları xoşlayıram. Olur ki, ortaya sunduqları yeniliklərdə neqativ hallara da rastlanır. Əlbəttə, bu normal haldır. Ola bilər. Bunu bir proqramistin hansısa proqramı yazmasına bənzədə də bilərik. Tətbiq mexanizmində proqramda yaranan artıq-əksikliyi sonradan daha da təkmilləşdirərək ortaya mükəmməl bir proqram çıxardırlar.

Qayıdaq Qadınlar Bayramı üçün Gömrük Komitəsinin hazırladığı bayram videoçarxına. Qeyd etmək istəyirəm ki, qadın personalımız bu prosesi çox bəyənib. Əslində etiraf edim ki, həyatımızın müxtəlif dönəmlərində hamımızın adrenalinə ehtiyacı var.

Kaş kişilər üçün də belə bir fərqli yanaşma tərzi olsa idi. Bu həm də çalışdığım quruma və digər qurumlara səmimi təklifimdir.

Səhər yuxudan oyanırıq, işə gedirik. Gecə də yerimizə girib yatırıq. Bizlərin də fərqliliyə, fərqli yanaşma tərzinə ehtiyacımız var.

Sanki bir gün ölmək üçün hər gün eyni şeyləri təkrar-təkrar yaşayırıq. Həyatımızda fərqlilik yaratmağı bacarmalıyıq.

Eybi yox, icazə verək kimlərsə bəyənməsin, razılaşmasın. Normaldır. Zatən "hər kəs eyni düşüncədə olmalıdır" deyə qayda da yoxdur. Amma qətiyyən "kim nə deyər" düşüncəsi ilə yaşamayaq. Yeniliklərə, fərqli və maraqlı düşüncələrə qucaq açaraq həyatımızı gözəlləşdirək.

Yazımdakı məqsəd çalışdığım təşkilatı haqlı çıxartmaq və ya dəstək məqsədi daşımır. Sadəcə, maraqlı, ideyalı insanlarımıza bütün səmimiyyətimlə təşəkkür etmək istədim.

İqbal Səfərov,
Silahlı Qüvvələrin zabiti,
Dövlət Gömrük Komitəsinin əməkdaşı



Şərhlər
  • Fuad Əhədov

    Dovlet Gomruk Komitesi ile Teatr sehnesini yerini sehv salmayin

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər