Ru
13:59 / 30 Avqust 2024

Göygöldə 4 nəfər bit dərmanından zəhərləndi - 1 uşaq öldü - Yenilənib

Göygöldə 4 nəfər bit dərmanından zəhərləndi - 1 uşaq öldü - Yenilənib
Eye

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən bildirir ki, hadisə kəndlərdən birində qeydə alınıb.


Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

***

Göygöldə zəhərlənmə səbəbindən ölən şəxsin kimliyi müəyyən olunub.

"Report"un məlumatına görə, o, 2014-cü il təvəllüdlü A.Orucovadır.

Digərlərinin müalicəsi davam etdirilir.


İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib.

Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar