Ru
12:22 / 27 İyun 2022

“Güllə kürəyinə dəydi, öskürəndə boğazından çıxdı...” - VİDEO

5686
Xəbər verdiyimiz kimi, 44 günlük Vətən müharibəsində ön və arxa cəbhədə əzmlə mübarizə aparan tibb işçilərinə ithaf olunan film çəkilib.

Bakupost.az xəbər verir ki, “Görünməyən qəhrəmanlar: Ağxalatlılar” adlanan sənədli filmin qəhrəmanları real həyatda Vətən müharibəsində əsgər və hərbçilərə xidmət göstərmiş tibb personalıdır.


Onlar müharibə zamanı yaşadıqları, gördükləri hadisələr barədə danışıb, həmin dəhşətli anları dilə gətiriblər.


Rentgenoloq Saclı Məmmədova: “Elə xəstə olurdu ki, ayaqda dura bilmirdi. Bir neçə nəfərin köməkliyi ilə rentgen stoluna çıxardılırdı. Mən arxada monitordan onları rentgenoloji müayinədən keçirirdim”.


Ümumi cərrah Elman Tağıyev: “Bir dəfə əsgərlərdən biri kürəyindən güllə ilə vurulmuş vəziyyətdə gətirildi. Güllənin giriş dəliyi var, amma çıxış dəliyi yox idi. Rentgendə gördük ki, mərmi yoxdur. Əsgər mənə dedi, həkim siz nə axtarırsınız? Dedim gülləni axtarırıq. Əlini açıb, gülləni göstərdi. Güllə mənə dəyəndə boğazımda ağırlıq hiss etdim. Öskürdüm, gəldi ağzımdan düşdü, dedi”.


Daha ətraflı videodan izləyə bilərsiniz:





Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər