Ru
22:31 / 25 Avqust 2022

Gülşən həbs edildi - FOTO/VİDEO

9121
Bu gün polis bölməsində ifadəsi alınan məşhur müğənni Gülşən haqda həbs qərarı verilib.



Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, polis idarəsinə həyat yoldaşı Ozan Çolakoğlu və vəkili ilə gələn ifaçı həbs edilərək Bakırköy qadın həbsxanasına göndərilib.



Xatırladaq ki, Gülşən aprel ayında baş tutan konsertlərindən birində “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - cümləsini işlədib. Sənətçinin bu sözlərlə həmin liseydə oxuyanları, oranın məzunlarını və dindarları təhqir etdiyi iddia olunub. Sosial şəbəkələrdə müğənninin həbs olunması üçün #gulsentutuklansın həşteqi açılıb.



İfaçı son zamanlar geyim tərzinə görə də tənqidlərə məruz qalırdı.








Aysel
Baku Post





Gülşən həbs edildi - FOTO/VİDEO
Gülşən həbs edildi - FOTO/VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər