Ru
15:22 / 31 Mart 2023

Günəş fırtınası gəlir - İnternet və elektrik kəsilə bilər

10146
Günəş atmosferində tac dəliyi kimi tanınan boşluq bu gün Yerə doğru günəş fırtınası başladacaq.

Bakupost.az xəbər verir ki, bu haqda NASA-nın Goddard kosmik uçuş mərkəzinin Heliofizika Elmi Bölməsinin direktor müavini Aleks Yanq məlumat verib.

Fırtınanın təxmini 2.9 milyon kilometr sürətlə hərəkət etdiyi qeyd edilib.

Onun yaradacağı güclü geomaqnit qasırğası elektrik və rabitə şəbəkəsini bağlaya, telefon qüllələrini alt-üst edə bilər.
Yanq, tac dəliyinin ölçüsünün təxminən 20-30 Yer böyüklüyündə olduğunu söyləyib.

Onun diametrinin 300-400 min kilometr təşkil etdiyini bildirilib.

Bununla belə, Yerə doğru hərəkət edən günəş fırtınasının şiddətinin az olacağı proqnozlaşdırılır.


Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər