Ru
18:32 / 26 Mart 2024

Gürcüstan məktəblərində həyəcan: şagirdlər təxliyə olundu

1285

Gürcüstanın qərbindəki Kobuleti kurort kəndində 5 məktəbdə dərslər dayandırılıb və

şagirdlər təxliyə olunub.


Bakupost.az Gürcüstan mediasına istinadla xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə həmin məktəblərə hücum ediləcəyi ilə bağlı yayılan xəbərlərdir.

Bundan sonra məktəblərdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər təxliyə olunub.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidəki 32 saylı məktəbdə isə gözyaşardıcı qazla bağlı təhlükə yaşanıb. Bir şagird məktəbdə gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin vəziyyəti pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.

Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər