Ru
18:00 / 17 Aprel 2023

“Hacı Mazan”ın qalmaqallı kilidi - İş adamı məhkəməni yenə uduzdu

“Hacı Mazan”ın qalmaqallı kilidi - İş adamı məhkəməni yenə uduzdu
Eye

“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov növbəti dəfə məhkəmədə uduzub.

Bakupost.az xəbər verir ki, onun Nəsimi rayon Məhkəməsinin qərarından Appelyasiya Məhkəməsinə verdiyi şikayət təmin olunmayıb. Məhkəmə sakinlərin lehinə qərar çıxarıb.


Qeyd edək ki, "Hacı Məzan"ın Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 668-ci məhəllə, 23 №-li çoxmənzilli binanın 2-ci girişində liftə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verməsi sakinlərin ciddi narazılığına səbəb olmuşdu.


Bundan başqa, sakinlər onun beş mənzilinin və mansardın işıq pulunu, kommunal xərclərini bina sakinlərinin hesabına ödətməsi, mənzillərinə qanunsuz işıq xətləri çəkdirməsi, eyni zamanda, mənzil satdığı şəxsin evinə hücum etməsi, onu döyməsindən Nəsimi rayon Məhkəməsinə şikayət etmişdilər.


Appelyasiya Məhkəməsi iş üzrə Nəsimi rayon Məhkəməsinin qərarını ləğv edib. Apellyasiya Məhkəməsinin qərarında qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 668-ci məhəllə, 23 №-li çoxmənzilli binanın 2-ci girişindəki liftə tətbiq edilmiş kilid sistemi Zeynalov Ramazan Hüseyn oğlu tərəfindən və onun öz hesabına ləğv edilsin:

"Həmin liftdən digər şəxslərin istifadəsinə maneə yaradılması Zeynalov Ramazan Hüseyn oğluna qadağan edilsin”.



Elnur
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar