Ru
11:50 / 02 Mart 2023

Hacı Şahin hansı xəstəxanaya gedib? - TƏBİB xəbərsizdir...

Hacı Şahin hansı xəstəxanaya gedib? - TƏBİB xəbərsizdir...
Eye

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib.

Ailəsinin bildirdiyinə görə, Ş.Həsənli dünən özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Lakin özünü pis hiss edən Hacı səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.


Bəs Hacı hansı xəstəxanaya müraciət edib?


Məsələ ilə bağlı TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) ilə əlaqə saxladıq.


Birliyin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova Bakupost.az -a məlumatın olmadığını deyib.


O, həmin xəstəxananın TƏBİB-ə aid olmadığını bildirib:


“TƏBİB daxilində olan xəstəxanaya getməyib. Ailə üzvlərinin məlumatına görə, o, özəl tibbi klinikaya gedib. Hansı müəssisəyə getdiyini bilmirik”.

Aynur
BakuPost


Həmçinin oxuyun:









Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar